• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:07 9 noyabr 2020

Dövlət başçısı İlham Əliyev: “Dağlıq Qarabağın erməni əhalisi orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır”

“Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “- Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir” sualına cavabında deyib.

Jurnalistin “Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?” sualına cavabına Azərbaycan Prezident belə cavab verib: “Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR