"Biz Azərbaycan və Ermənistan liderləri səviyyəsində görüşlərin keçirilməsindən məmnunuq".
ONA-nın məlumatına görə bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent deyib.
O bildirib ki, ABŞ həmsədr ölkələrdən biri kimi öz məsuliyyətinə ciddi yanaşır: "Nazirlərin təxminən 1 ay öncə Moskva görüşündə humanitar məsələlərlə bağlı razılıqlar əldə olundu. Etimad yaradıcı tədbirlər çox vacibdir. O ki qaldı növbəti görüşə, mən deyə bilmərəm ki, onun yeri müəyyənləşib. ABŞ gələcəkdə nazirlərin görüşünə ev sahibliyi edə bilər. Biz münaqişənin sülh yolu ilə həllinə aparacaq prosesi dəstəkləmək istəyirik".