• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:14 6 may 2019

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsini Prezident İlham Əliyev həll edəcək”

“Bu gün Azərbaycanda yalnız bir problem qalıb, bu da Dağlıq Qarabağ münaqişəsi, 1 milyon qaçqın və məcburi köçkün problemidir”.

ONA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bütün problemlər həll olunub: “Dünyada qəbul edilən qərarlar kağız üzərindədir. Dünyada nəinki ikili, çoxtərəfli standartlar mövcuddur. Son 40-50 ildə heç bir münaqişə həll olunmayıb. Qaçqın və məcburi köçkünlərin sayı 70 milyona çatıb. Yəqin ki, Dağlıq Qarabağ münaqişəsini sonda Prezident İlham Əliyev həll edəcək. Xalqımızla, ordumuzla işğal altındakı torpaqlarımızı azad edəcəyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR