"Vyana görüşü göstərdi ki, çətin olsa da imkanları müəyyən etməyə çalışmaq lazımdır".
ONA-nın Moskva müxbirinin xəbərin görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib
O bildirib ki, 3 saat davam edən bu görüşdən sonra Ermənistan müdafiə naziri “yeni ərazilər- yeni müharibə” bəyanatını verib: "Bir tərəfdən anlaşılandır ki, bu daxili auditoriyaya hesablanıb. Ermənistan anlamalıdır ki, sən 30 ildir əlaqələrin pis olan qonşu ilə münasibətləri normallaşdırmağa cəhd etməlisən. Ermənilər deyir ki, diaspora bizə kömək edəcək. Hansı diaspor sizə pul verib? Hansı diaspor nümayəndəsi Ermənistana köçüb? Yalnız keçmiş xarici işlər naziri Vardan Oskanyan geri döndü. Elə bilirdi ki, müstəqil Ermənistanla qarşılaşacaq. Deməli, etibar yoxdur. Biz bu mövqedən çıxış edirik ki, xalqı sülhə hazırlamaq lazımdır. Bunu Sergey Lavrovla da müzakirə etdik. Jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etmək olar. Ermənilər deyir ki, ərazi əvəzinə sülh Ermənistan üçün qəbuledilməzdir. Hesab edirəm ki, bu düzgün yanaşma deyil, yaxşı onda sülh qarşısında çiçəklənmə düşünün. Ermənistan 30 il qonşu ilə münaqişədən nə əldə edib? Bəzən soruşurlar, bəs, siz nə əldə etmisiniz? İqtisadiyyatımız, yollar, dəmir yolları inkişaf edib. Neft satırıq, neft boruları tikilib. Çox saylı başqa misallar da göstərə bilərəm. Onlar öz vətəndaşlarına ilk növbədə buna razı salmağa çalışmalıdırlar. Bunlar onların gələcəyi üçündür. Bəzən deyirlər ki Qarabağ erməniləri çətin millətdir. Bu sizin məsələnizdir. Siz onları razı salmalısınız ki, Azərbaycanla münasibətləri normalaşdırmadan erməni xalqının gələcəyi yoxdur”.
Nazir bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici il olması ilə bağlı suala da cavab verib: “Mən hətta istərdim ki, 2004-cü ildə mən nazir seçilən il həlledici olsun. Onu deyim ki, biz o zaman Vardan Oskanyanla konkret planları müzakirə edirdik. Onlar mediaya çıxmasa da, aramızda anlaşma var idi”.