• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:57 27 may 2019

Elmar Məmmədyarov: "Doğma torpaqlarından qovulmuş bu qədər insan olduğu halda qarşılıqlı etimadı necə bərpa edə bilərik?"

“Biz öz doğma şəhər və kəndlərindən qovulmuş bu qədər insan olduğu halda qarşılıqlı etimadı necə bərpa edə bilərik?”

ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, etimadın bərpası üçün danışılar prosesində real addımlarla və münaqişənin həlli üçün siyasi iradənin nümayişi ilə möhkəmləndirilməmiş, münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına yönəldilməmiş istənilən cəhdlər şübhəsiz ki, uğursuzluqla nəticələnəcək: “Ona görə də biz məhz mərhələli həll üzrə hərəkət etməliyik ki, bu da ilk növbədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına və ardınca məcburi köçkünlərin geri qaytarılmasına xidmət etməlidir. Məhz bu, etimadın qurulması üçün nəzərəçarpan şərtləri formalaşdıracaq. Bir-birinə etimad etmək üçün ən azından daimi təmasda olmaq lazımdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərk olunmuş yuvalarına dönməyə və regionun erməni icması ilə birlikdə təmasları qaydasına salmağa, etimadı bərpa etməyə və sülhü geri qaytarmağa hazırdır”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR