• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    01:20 15 aprel 2019

Elmar Məmmədyarov bu gün Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov aprelin 15-də Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarna dair qapalı məsləhətləşmələr də aparılacaq.

Görüşdə nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR