Emin Hüseynov: “Qarabağın bərpası misli görünməmiş layihədir”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:10 19 İyun 2022

Emin Hüseynov: “Qarabağın bərpası misli görünməmiş layihədir”

“Azərbaycan bu gün meqa layihə həyata keçirir. Qarabağın bərpası misli görünməmiş böyük bir layihədir ”.

APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, bu gün bu böyük layihəni Azərbaycan dövləti heç bir yardım, kömək almadan öz imkanları hesabına həyata keçirir: “Bu gün IX Qlobal Bakı Forumunun Şuşada keçirilən panelində aparılan bərpa-quruculuq işləri barədə məlumat verdik. Forumun nüfuzlu iştirakçılarını Azərbaycanın həyata keçirdiyi bu meqa layihə və bu layihənin idarə edilməsi barədə məlumatlandırdıq. Eyni zamanda azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bu işin nə qədər çətin olduğu barədə danışdıq. Avtomobil və dəmir yollarının qurulması, elektrik enerjisi infrastrukturunun yaradılması, su təchizatı, telekommunikasiya layihələri barədə məlumat verildi. Hansı şəhərlərin baş planlarının hazırlanması, şəhər, qəsəbə və kəndlərin bərpası ilə bağlı qarşıda duran əsas hədəflər Forum iştirakçılarının diqqətinə çatdırıldı. O cümlədən keçmiş məcburi köçkünlər üçün yaşayış binalarının, evlərin tikilməsi, iş yerlərinin açılması və iqtisadi-sosial infrastrukturun qurulması ilə bağlı görülən işlər barədə məlumat verildi”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR