• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:53 10 dekabr 2020

Ərdoğan: “Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər ağıllarını başlarına yığmalıdırlar”

“İşğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqlar, məscidlər dağıdılıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar. Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmaqlarını təmənni edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Suşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə Allahın izni ilə uğurdan-uğura addımlamağa davam edəcək”, - deyə Ərdoğan qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR