• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    22:50 14 iyul 2019

Ərdoğan: “S-400 sazişi Rusiya ilə bağladığımız ən önəmli müqavilədir”


“S-400” müqaviləsi tariximizdə Rusiya ilə bağlanan ən önəmli sazişlərdən biri hesab edilməlidir. Çünki bu, bir ticarət müqaviləsi deyil. Bu mərhələ eyni zamanda bir ortaqlıq və istehsala bərabər keçmə kimi anlaşılmalıdır”.
APA -nın yerli bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələrinə açıqlaması zamanı bildirib.
Ərdoğan deyib ki, “S-400”ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır, bu sistemin alınması ölkədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.
Türkiyə prezidenti “S-400” sistemləri üzərində nəzarətin tamamilə Türk Silahlı Qüvvələrinin əlində olacağını da vurğulayıb. Daha sonrakı mərhələdə ortaq istehsal və “S-500”lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib: “Çünki bizə qarşı təhdid mövqeyində olan ölkələr varsa, biz də onlara qarşı müdafiəmizi qurmq məcburiyyətindəyik”.


Prezident həmçinin, “S-400” müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun beşinci nəsil “F-35” döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub: “F-35”lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bu sadə bir məsələ deyil. Türkiyə “F-35” proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar”.


Qeyd edək ki, “S-400” havadan müdafiə sisteminin Türkiyəyə ilk idxalı iyulun 12-dən başlayıb. Ardınca Rusiyanın 3 yük təyyarəsi ilə sözügedən komplekslər Ankaradakı hərbi hava limanına endirilib. Bu gün isə “S-400”sistemilə bağlı Rusiyadan 7-ci daşınma hava limanına daxil olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR