• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:19 5 noyabr 2020

Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 92 nəfərə çatıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2 971 yaşayış evi yararsız vəziyyətə düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR