Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlim Ağdam rayonunun Uzundərə adlanan ərazisində aparılır.
Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.