Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri növbəti dəfə raket atəşinə tutulub.
APA-nın yerli müxbirinin Gəncədən verdiyi məlumata görə, atəş nəticəsində bir sıra yaşayış binaları dağılıb. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Dağıntılar altında qalanların olduğu ehtimal edilir.