Ermənistanın müdafiə naziri David Tonoyan işğal olunmuş Azərbaycan ərazilərindəki erməni hərbçilərlə görüşüb.
APA xəbər verir ki, nazirliyin mətbuat katibi Şuşaş Stepanyan görüşdə çəkilmiş bir neçə fotonu "Facebook" səhifəsində paylaşıb.
Ancaq fotolarda D.Tonoyanın yanında oturan iki hərbçinin geyimi diqqət çəkib. Belə ki, onların əynindəki geyim Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının geyim formasını xatırladır. Ehtimal olunur ki, D.Tonoyanın görüşdüyü həmin şəxslər Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə olunan muzdlulardır. Bununla da düşmən tərəf Qarabağ döyüşlərində Azərbaycanın guya suriyalı muzdlulardan istifadə etdiyini "göstərməyə" çalışırmış.
Qeyd edək ki, bir qədər sonra Ş.Stepanyan həmin fotoları "Facebook" səhifəsindən silib.