• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:49 3 may 2019

Ermənilərin növbəti təxribatı ilə bağlı Rusiyanın siyasi rəhbərliyinə müraciət ünvanlanıb

Rusiyadakı Azərbaycan diaspor təşkilatları ermənilərin növbəti təxribat hazırlığı ilə bağlı daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıblar.

ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, eyni müraciət məktubu Millətlərlə iş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov, Dövlət Dumasının millətlərlə iş üzrə Komitənin sədri İldar Qilmutdinov və Moskva Meriyasının milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitali Suçkova da ünvanlanıb.

Müraciətdə Rusiyadakı erməni diasporunun bir sıra təxribatları barədə bildirilib.

Qeyd olunub ki, Rusiyadakı erməni diasporu ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt Moskvada millətlərarası qarşıdurmaya gətirib çıxara biləcək təxribatlar törətməyi planlaşdırır.

Bu məqsədlərinə çatmaq üçün ermənilərin gənclərdən, tələbələrdən istifadə etdiyi vurğulanıb.

Aprelin 23-də Erməni Apostol Kilsəsinin həyətində planlaşdırdıqları təxribat məqsədli fləşmoba ictimai təşkilatların çoxsaylı müraciətlərindən sonra icazə verilmədiyi də xatırladılıb.

Bildirilib ki, təxribatçılar indi də Moskvada Şuşanın “işğaldan azad olunması” şərəfinə tədbir keçirməyi planlaşdırıblar.

Mayın 7-də 18:30-da Maroseyka küçəsi 9 ünvanında Moskva Dövlət Universitetinin Erməni Tələbə Asosiasiyası Qarabağ müharibəsi “fədailəri”lə görüş keçirməyi planlaşdırır.

Sosial şəbəkələrdə Moskva Dövlət Universitetinin məlum tədbirin tərəfdaşı olduğu haqda məlumat da yayılıb. Bununla da erməni diasporu Rusiyanın strateji tərəfdaşı olan suveren Azərbaycan dövlətinə və Rusiyanın azərbaycanlı vətəndaşlarına qarşı növbəti təxribata hazırlaşırlar.

Qeyd olunub ki, belə tədbirlər Moskvanın Azərbaycan və erməni icmalarının fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.

Həmçinin bildirilib ki, erməni diasporunun bu əməli prezident Vladimir Putin tərəfindən təsdiq olunan Rusiyanın Milli siyasət Strategiyasına ziddir.

Bundan başqa, məktubda Şuşanın əzəli Azərbaycan torpağı olması haqda tarixi faktlar da əksini tapıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR