• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    22:13 5 mart 2020

Ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçisi şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxri­batları davam edir.

APA Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2020-ci ilin 05 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR