• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    00:32 18 oktyabr 2020

Ermənistan ağ bayraq qaldırıb, atəşkəs istəyib - TƏCİLİ ŞƏRH

Bu gün saat 00.00-dan başlayacaq MÜVƏQQƏTİ humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan prosesin davamıdır.

Ermənistan hakimiyyəti yenə ağ bayraq qaldırıb. Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif vasitəçilərlə rəsmi Bakı ilə əlaqə yaratmağa çalışır. Gələn bilgilərə görə, Ermənistan Azərbaycanla heç bir şərt irəli sürmədən danışıq aparmağa, işğal altındakı Azərbaycan ərazilərinin boşaldılması üçün işlərə başlamağa hazır olduğunu bildirib...

Daha bir şans

Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər də, sentyabrın 27-dən sonra isə dəfələrlə Ermənistana xəbərdarlıq edərək. vaxt itirmədən Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmaq, yalnız konkret vaxt və cədvəl təqdim etməklə danışıqlar masasına oturmağın mümkünlüyü barədə xəbərdarlıq etmişdi. ATƏT-in Minsk qrupunun çağırışları ilə razılaşan rəsmi Bakı oktyabrın 10-dan humanitar atəşkəs elan edilməsi barədə Rusiya XİN rəhbərinin iştirakı ilə birgə bəyanatı imzaladı. Amma ermənilər ilk fürsətdə atəşkəsi pozdular, Azərbaycanda yenə də dinc insanları, mülki obyektləri hədəf aldılar. Döyüş bölgəsinə heç bir dəxli olmayan Gəncədə mülki insanları gecə ilə raket atəşinə məruz qoydular.

Ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı, son həftədə onlarla kəndimiz, həmçinin Hadrut qəsəbəsi, Cəbrayıl və Füzuli şəhərləri işğaldan azad edildi. Düşmən sarsıdıcı zərbələr aldı, canlı qüvvə və texnika itirdi. Azərbaycan mülki əhalisini və yaşayış məntəqlərini hədəf almağa hədəflənmiş texnikalar sıradan çıxarıldı. Düşmən ordusunda nizamsızlıq qaçışla əvəzləndi.

Ermənilərin nəfəsi tükəndi. Azərbaycanın Ali Baş Komandanının qətiyyətli mövqeyi, intizamlı və peşəkar ordu, yüksək texniki qüdrət ermənilərə anlatdı ki, hər pozduqları atəşkəs Ermənistan Ordusuna ölüm, itki, Azərbaycana isə zəfər və qüdrət gətirir. Buna görə də erməni tərəfi yenidən ağ bayraq qaldırıb atəşkəs istədi.

Azərbaycan isə beynəlxalq hüquqa, humanitar atəşkəsə hər zamankı kimi sadiqdir. Azərbaycan Ermənistanın növbəti atəşkəs təklifinə də “yox” deməyərək, bir daha güclü olduğunu göstərir. Güclülər düşmənə aman verər. Bu gün saat 00.00-dan başlayacaq MÜVƏQQƏTİ humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan prosesin davamıdır.

Azərbaycan bir daha Ermənistana işğalçılıqdan və vandal əməllərdən geri çəkilmək şansı verir.

Azərbaycan Ordusu irəliləyir, zəfərləri var, güclüdür. Prezident və Ali Baş Komandan xalq tərəfindən tam dəstəklənir, xalq Komandanına inanır. Buna görə də yenə də qalib və güclülərə yaraşan şəkildə Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa, Azərbaycana qarşı işğala son qoyub, torpaqları boşaltmağa çağırır.

Mesaj

Azərbaycan onsuz da torpaqlarını azad edir və edəcək. Ordumuzun son 15 gündə apardığı döyüş əməliyyatları bunu sübut edir.

Azərbaycan hərbi döyüşlərinə mülki əhalini qarışdırmır, tarixi abidələri, din ocaqlarını, yaşayış evlərini hədəf almır. Azərbaycan, ümumiyyətlə, Ermənistanı hədəf almır, heç kimin torpağında gözü yoxdur.

Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Beynəlxalq hüququn ona verdiyi legitim haqdan yararlanır və bunu uğurla edir. Ermənistan bunu anlayıb, nə qədər tez təslim olsa, danışıq masasına əyləşib torpaqların boşaldılması üçün cədvəl təqdim etsə, bir o qədər az itki və məğlubiyyətlə üzləşəcək.

Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha mesaj verir və işğala sülh yolu ilə son qoyulmasının tərəfdarı olduğunu bəyan edir. Azərbaycana torpaqlarını işğaldan azad etmək lazımdır, işğal altındakı torpaqlar istənilən yolla alınacaq. Erməni tərəfi bunu nə qədər tez anlayıb, danışıq masasına otursa, itkilər də bir o qədər az olar.

Azərbaycan Ali Baş Komandanına inanır. Ali Baş Komandan isə deyir: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azərbaycan əmindir! Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri bütün meydanlarda aktualdır. İstər hərb meydanı olsun, istər danışıq masası - “Qarabağ Azərbaycanındır!”

ONA

Teqlər:

SON XƏBƏRLƏR