Ermənistan İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsinə dair müraciət hazırlayıb.
ONA xəbər verir ki, bu barədə İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan İRNA-ya müsahibəsində bildirib.
O deyib ki, bununla bağlı İran tərəfi ilə birlikdə iş aparılır və bəzi korrektələrdən sonra UNESCO-ya müraciət ediləcək.
Paşinyan əlavə edib ki, bu, İranla bu məsələ ilə bağlı ilk əməkdaşlıq deyil: “İranın səyləri sayəsində Müqəddəs Faddey və Müqəddəs Stepanos monastırları UNESCO-nun siyahısına daxil edilib”.