İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.
Təşkilat Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb, Ermənistan ordusunun mülki əhalini atəşə tutması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.