Parisdə rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan fransalı həmkarı Jan-İv Le Drianla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
ONA “News.am”a istinadən xəbər verir ki, görüş zamanı Z.Mnatsakanyan Jan-İv Le Driana Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Moskvada baş tutan görüşün detalları haqda məlumat verib.
Tərəflər münaqişənin sülh yolu ilə həllinə təkan verə biləcək münbit şəraitin yaradılmasının əhəmiyyətini vurğulayıblar.