• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:17 1 aprel 2019

Ermənistanda saxlanılan Azərbaycan vətəndaşının ruhi xəstə olduğu rəsmi sənədlə təsdiqlənib - FOTO

Hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlunun ruhi xəstə olması rəsmi sənədlə təsdiqlənib.

ONA-nın əldə etdiyi məlumata görə, o, Qazax rayon Ruhi Xəstəxanasında qeydiyyatdadır, orada dəfələrlə müalicə olunub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ONA-nın sorğusuna cavab olaraq xəstəxanadan verilən rəsmi sənədi təqdim edib. Sənəddə qeyd edilib ki, həmin şəxs 25.02.2002- 13.03.2002,14.03.2003-26.03.2003, 01.03.2004-25.03.2004, 25.03.2005-31.03.2005, 09.03.2006-31.03.2006, 07.03.2007-12.04.2007, 12.01.2008-21.01.2008, 07.04.2009-16.04.2009, 11.01.2011-19.01.2011-dək orada stasionar müalicə alıb.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR