Əsirlikdən azad olunan Bayram Kərimov artıq evlərindədir. Ailəsi onun gəlişini sevinclə qarşılayıb.
APA-nın yerli bürosunun məlumatına görə, B.Kərimovu yaşadığı binanın qarşısında ailəsi və yaxınları qarşılayıb.
Hər kəs onun gəlişinə sevinib. Bayramın gəlişi münasibəti ilə qurban kəsilib.