Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neft müəssisələri üzrə N saylı Yanğından Mühafizə Hissəsinin növbə rəisi daxili xidmət mayoru İlqar Ələkbərov yeni bir uğura imza atıb. Əməkdaşımız Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Karate üzrə Dünya çempionatında 3-cü yeri qazanıb.
Qeyd edək ki, İlqar Ələkbərov bir sıra beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edərək bayrağımızı yüksəklərə qaldırıb. O, bu gün Ukraynanın Xarkov şəhərində start götürən Avropa çempionatında da ölkəmizi təmsil edəcək.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançımızı uğurlu nəticəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.