• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    00:41 27 noyabr 2020

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib

Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, Jan-Batist Lemuan qətnaməyə baxış zamanı bildirib ki, Fransanın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimə fayda verməyəcək və sülh prosesinin irəliləməsinə kömək etməyəcək.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR