Fransalı hüquqşünasların Ağdama səfəri başlayıb.
APA-nın Ağdama ezam olunmuş müxbirinin məlumatına görə, hüquqşünaslar Yassine Yakouti və Elise Arfi işğaldan azad olunmuş Ağdam şəhərində erməni vandalizmi ilə tanış olacaqlar.
Fransalı hüquqşünaslar Yassine Yakouti və Elise Arfi Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.
Onlar ermənilərin məsciddə törətdiyi vandallığın izləri, məscidin ətrafındakı evlərin, tikililərin dağıntıları ilə tanış olublar.
Qonaqlara işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi dağıntılar və digər vandallıq əməlləri barədə ətraflı məlumat verilib.