Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Qorodok” adlanan ərazisindəki yaşayış binasında qeydə alınıb.
1991-ci il təvəllüdlü Vüsalə Quliyeva dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, qadın əsəbiləşərək dərman içib.
Faktla bağlı araşdırma aparılır.