• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:30 28 fevral 2021

Gürcü ekspert: “30 il ərzində işğal altında qalmış ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib.

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: “Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər zamandır. Biz işğaldan azad edilmiş Cəbrayıl və digər rayonlarda da olacağıq”

Habil

Teqlər:

SON XƏBƏRLƏR