Xocəvənd rayonunun Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin olunub.
Bunu "APA-Economics"ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
Onun sözlərinə görə, qəsəbədəki 35/10 kilovoltluq yarımstansiyaya, 10 kilovoltluq Cəbrayıl xəttindən elektrik enerjisi verilib: "Bu gündən etibarən Hadrut qəsəbəsində olan vacib obyektlərə elektrik enerjisinin verilməsinə başlanılıb".