Azərbaycan və Ermənistan xarici işlər nazirləri tezliklə həmsədrlərin himayəsi ilə görüşməyə razılıq veriblər.
ONA-nın məlumatına görə, bu barədə regionda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bildirilir ki, görüşün detalları uyğun vaxtda açıqlanacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.