Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer arasında görüş olub.
ONA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşdə ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Qeyd edək ki, sabah Vaşinqtonda həmsədrlərin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.