• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    20:02 30 may 2019

“Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər” - BƏYANAT

“ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində, əvvəlcədən istənildiyi kimi, nizamlama prosesində növbəti konkret addımlarla əlaqədar, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflər təqdim ediblər”.

ONA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair bəyanatında deyilir.

Bildirilir ki, səfərin məqsədi təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını qiymətləndirmək və Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin martın 29-da Vyanada, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskva görüşündə aparılmış müzakirələri davam etdirməkdir.

Qeyd olunur ki, həmsədrlər regiona səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla martın 27-də İrəvanda və Prezident İlham Əliyevlə martın 30-da Bakıda görüşüblər. Hər iki paytaxtda onlar həmçinin müdafiə və xarici işlər nazirləri ilə məsləhətləşmələr aparıblar. Mayın 28-də həmsədrlər Dağlıq Qarabağda de-fakto rəhbərliklə görüşüblər. Bakıda onlar Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüş keçiriblər. Dağlıq Qarabağda olarkən onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndələri tərəfindən humanitar məsələlər barədə məlumatlandırılıblar.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR