• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:39 1 mart 2019

Həmsədrlər regionda xalqları sülhə hazırlamaq barədə artan müzakirələri alqışlayır - BƏYANAT

Ermənistan və Azərbaycan liderləri fevralın 20-21-də regionda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrlərini yanvarda Dünya İqtisadi Forumu çərçivəsində apardıqları son danışıqlar barədə məlumatlandırıblar.

ONA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekunu ilə bağlı bəyanatında deyilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə dair mövcud vəziyyəti və gələcək addımlar üçün gözləntiləri müzakirə olunub.

Həmsədrlər təmas xəttində itkilərin olmaması tendensiyasının davam etdirilməsini müsbət qiymətləndiriblər. Onlar həmçinin regionda xalqları sülhə hazırlamaq barədə artan müzakirələri alqışlayıblar.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR