• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    06:55 8 aprel 2019

Hərbi kursantlara aprel döyüşlərində azad olunmuş torpaqları göstəriblər  

Vətənpərvərlik həftəsi çərçivəsində Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının Tərtər rayonuna və Gəncə şəhərinə ekskursiyaları təşkil olunub.

ONA xəbər verir ki, əvvəlcə kursantlar Tərtər şəhərində ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Səfər çərçivəsində kursantlar Tərtər tarix-diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Sonra kursantlar aprel döyüşləri zamanı işğaldan azad olunmuş əraziləri daha yaxından izləmək imkanı əldə ediblər.

N nömrəli hərbi hissəyə gələn kursantlar yeməkxanada əsgərlərlə birgə nahar ediblər.

Səfərin davamı olaraq kursantlar Gəncə şəhərindəki Şah Abbas meydanını, Şah Abbas məscidini, Gəncə xanı Cavad xanın məzarını, “Gəncə Tarix Diyarşünaslıq Muzeyi”ni, İsrafil Məmmədovun Ev Muzeyini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, “Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi” Abidə Kompleksini, Nizami Gəncəvi Muzeyini, Nizami Gəncəvi Məqbərə Kompleksini və tarixi yerləri ziyarət ediblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR