• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:46 10 aprel 2019

2018-ci ildə ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 24 dəfə monitorinq keçirib - HESABAT

2018-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi təmas xəttində 17, Ermənistan-Azərbaycan sərhədində 7 dəfə monitorinq keçirib.

ONA xəbər verir ki, bu barədə ATƏT-in 2018-ci ilin yekunları ilə bağlı yaydığı hesabatda deyilir.

Qeyd edilir ki, Yüksək Səviyyəli Planlaşdırma Qrupu may, iyul və noyabr aylarında, həmçinin həmsədrlər fevral, iyun və oktyabr aylarında regiona səfər ediblər.

Həmçinin hesabatda bildirilir ki, tərəflərin təşəbbüsü ilə ofis avqust ayında təmas xəttində minaya düşmüş dinc sakinin meyitini çıxarmağa yönələn humanitar əməliyyatda iştirak edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi 2018-ci il ərzində həmsədrləri davamlı şəkildə ərazidə vəziyyət, ofisin fəaliyyəti və danışıqlar prosesinə təsir edə biləcək tədbirlərlə bağlı məlumatlandırıb.

Hesabata əsasən, iyulda Cənubi Qafqaza səfər zamanı ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Tbilisidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisini ziyarət ediblər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR