• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:35 9 dekabr 2020

Həsən Ruhani: “İran Qarabağ münaqişəsində konkret mövqe sərgilədi və Azərbaycanın ərazi bütövüyünü dəstəklədi”

İranın Dağlıq Qarabağ müharibəsində ziyan görmüş bölgələrin yenidən qurulmasında iştirakı hər iki ölkənin xeyirnə olacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla göüşündə deyib.

H. Ruhani İran İslam Respublikasının Qarabağ münaqişəsində aşkar və konkret mövqe sərgilədiyini və Azərbaycanın ərazi bütövüyünü dəstəklədiyini qeyd edib.

İran Prezidenti Azərbaycanla Ermənistan arasında müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və atəşkəsin təmin edilməsinə görə sevindiyini vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR