“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb. Yaralıların sayı 35 nəfərdir. Təcili yardım xidmətləri tərəfindən mülki şəxslərin dağıntılar altından xilas etdirilməsi işləri davam etdirilir”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.