Azərbaycanın Qubadlı rayonundakı Məmər məscidinə yaxın XVIII əsrə aid tarixi abidə Ermənistanın işğalı dövründə tövləyə çevrilib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq”, - deyə H. Hacıyev vurğulayıb.