“Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlar atmamalıdır”.
ONA xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan üçün Dağlıq Qarabağ münaqişəsi çox qəliz problemdir.
Hoqland, həmçinin, qeyd edib ki, münaqişənin həllində ən yaxşı strategiya kiçik addımlarla irəli getməkdir.