“Ermənistan başından böyük işlərə girişib”.
APA-nın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanla Azərbaycan arasında gərgin vəziyyətlə bağlı deyib.
H. Akar bildirib ki, Türkiyə haqq və hüququn tərəfindədir: “Bəli, biz tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik. Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik. Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın.