• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:23 3 noyabr 2020

İranın Ali lideri: "Bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir"

“Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsi zəruridir”.

APA-nın məlumatına görə, bunu İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

O, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib: “İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR