Mətbuat nümayəndələri Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş bəzi ərazilərində olub.
APA-nın yerli müxbiri xəbər verir ki, mətbuat nümayəndələri bu gün qədim Xudafərin körpüsü, Xudafərin kəndinin yerləşdiyi əraziyə baş çəkiblər.
Jurnalistlər erməni işğalçıları tərəfindən Xudafərin kəndinin yandırılaraq, yerlə bir edildiyini gözləri ilə görüblər.
Rayonun Məzrə kəndində də olan media təmsilçiləri burada da erməni vəhşiliyinin şahidi olublar. Erməni vandalları işğal müddətində demək olar ki, kəndi tamamilə dağıdıb, evləri, tikililəri yerlə yeksan edib.
Bununla belə, artıq ərazidə quruculuq işlərinə başlanıb. Məzrə kəndinə yol çəkilir, elektrik dirəkləri basdırılaraq naqillər quraşdırılır.
Mətbuat nümayəndələri Cəbrayıl rayon mərkəzində də olublar.