Martın 17-də işğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub.
APA-nın məlumatına görə, jurnalistlər martın 15-də prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olublar.
Bildirilib ki, uzunluğu 13 km olacaq yolun inşasına artıq başlanılıb.
Ərazidə böyük yol qovşağı inşa ediləcək və yeni salınan yol Füzulinin 20-ə yaxın kəndi ilə yanaşı, Hadrut qəsəbəsini və Cəbrayıl rayonunu birləşdirəcək.