İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.
APA-nın məlumatına görə, bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.
"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb.
Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.