• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:26 5 sentyabr 2023

I Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri Şuşada kütləvi məzarlıqda olub - FOTO

I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət edib.

ONA xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə itkin düşən şəxslərin yaxınları Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıqda olublar.

Qonaqlara məlumat verilib ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Qeyd edək ki, səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR