• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:58 10 may 2019

İcma sədri: “Biz Azərbaycanın suverenliyini tanıyan mülki erməni ilə birgə yaşaya bilərik”

"Müraciətdə məqsəd Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin elan olunmasından 25 il keçməsinə baxmayaraq, Ermənistan qoşunlarının hələ də Azərbaycan ərazilərdən çıxmamasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir".

ONA-nın məlumatına görə, bu sözləri “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, məqsəd dünyanın nüfuzlu təşkilatının diqqətini münaqişəyə çəkməkdir: "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməyib və bu, beynəlxalq hüquqin kobud şəkildə pozulması deməkdir. Münaqişə dondurulmuş deyil, uzadılmış münaqişədir. Cəbhədə hələ qarşıdurmalar olur. Münaqişənin həlli labüddür. Dağlıq Qarabağ münaqişəsinin ən böyük faciələrindən biri Xocalı faciəsidir. Lakin onun iştirakçısı olmuş Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də azadlıqdadır. Münaqişə tez bir zamanda Azərbaycanın ərazi bütövüyü çərçivəsində həll olunmalıdır. Yalnız ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icması birgə yaşaya bilər. Biz Azərbaycanın suverenliyini tanıyan mülki erməni ilə birgə yaşaya bilərik. Erməni əsgərinin bizim torpaqlarda yeri yoxdur".

Qeyd edək ki, bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin qüvvəyə minməsinin 25 ili tamam olması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Qutterişin adına müraciət ünvanlanıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR