• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:05 22 fevral 2019

İsrail yazıçıları Xocalıya həsr olunmuş roman yazıblar

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Ağrı” adlı bədii-sənədli əsəri nəşr edib.

ONA xəbər verir ki, kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunub. İsrailli müəlliflər Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Xocalı soyqırımını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi ciyanətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə yazıçı-tərcüməçi Saday Budaqlı çevirib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR