• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    09:44 1 mart 2019

İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri Xocalı faciəsi ilə bağlı bəyanat verib

İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə çıxış edib.

ONA-nın məlumatına görə, o, Xocalı faciəsi barədə panel iştirakçılarına məlumat verib və qeyd edib ki, iyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır: “Dağlıq Qarabağ müharibəsi ümumiyyətlə az tanınıb, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, həqiqətən 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu və döyüş bölgəsində hər iki tərəfdən təxminən 180 hərbçi öldürüldü. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə uzun müddətdir ki davam edən münaqişə qəti olaraq həll ediləcəkdir. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir.Bunun üçün arzu edirəm ki, soyuq müharibəninin fəsadlarını nəhayət ki aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcək.”

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR