• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:31 9 dekabr 2020

Kanada Senatı ermənipərəst senatorların təşəbbüsünü rədd edib

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Kanada Senatında müzakirəyə çıxarılıb və rədd edilib.

APA-nın xəbərinə görə, bu barədə Kanada Senatının rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.

Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR