ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Dağlıq Qarabağa səfər edib.
ONA xəbər verir ki, A. Kaspşik Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb.
Görüşlərdə ATƏT-in hazırkı sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçakın regiona səfəri və qoşunların təmas xəttində vəziyyət müzakirə olunub.
Tərəflər ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin keçirdiyi monitorinqlərə dair bəzi məqamlara da toxunublar.