Bu gün Kəlbəcər rayonunun 27 illik işğaldan azad edilməsi münasibəti ilə Bakıda avtoyürüş keçirilib.
ONA xəbər verir ki, avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə baş tutub.
Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər 20 nömrəli məktəb-liseyin önündən başlayaraq, Şəhidlər Xiyabanına tərəf istiqamətlənib, daha sonra şəhərin bir sıra mərkəzi küçə və prospektlərdən keçib.