İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri Suriyanın Haseke vilayətinin cənubunda Kürd silahlı birləşmələrinin nəzarətində olan “Əl-Bulqari” həbsxanasında qiyam qaldırıblar.
APA xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.
Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb.
Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı.